“KTMT-yə daha ümid yoxdur” – Qriqoryanbackend

"KTMT-yə daha ümid yoxdur" - Qriqoryan

“Biz KTMT-yə müraciət edərkən Ermənistanın suverenliyinin qorunması üçün hərbi və hərbi-siyasi yardımın göstərilməsini nəzərdə tuturduq. Bu, bizim KTMT-dən tələbimiz idi, amma hələ də yerinə yetirilməyib. Təbii ki, bu hissə bizi qane edə bilməz”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın deyib.

“Qazaxıstanda baş verən hadisələr zamanı mən ümidvar oldum ki, KTMT mexanizmləri nəhayət işləyəcək. Təbii ki, artıq belə bir ümid yoxdur. Yalnız KTMT tərəfindən addımlar atılır. Təbii ki, KTMT-nin iqtisadi alətləri yoxdur, amma hərbi-siyasi alətlər var və onlarla bu məsələni həll etmək olar”, – Qriqoryan  əlavə edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*