Kütlə canlı yayımda jurnalistə hücum etdi – FOTO/VİDEObackend

Kütlə canlı yayımda jurnalistə hücum etdi - FOTO/VİDEO

İspaniyanın Telecinco TV kanalının jurnalisti Layla Ximenes canlı yayım zamanı etiraz yürüşünün iştirakçılarının hücumuna məruz qalıb. KONKRET.az ispan mətbuatına istinadən bildirir ki, jurnalist xanım göz yaşlarını güclə saxlayıb.

Layla Barselonada keçirilən Kataloniyanın müstəqillik referendumunun ikinci ildönümü ilə əlaqədar yürüşü canlı yayımlayırmış. Bir anda qəzəblənmiş izdiham onun üstünə cumub. Yürüşçülər qışqıraraq ona yaxınlaşıblar. Daha sonra onlar qıza dəmir banka atıblar və başına araq töküblər.

Qız xəsarət almamağı bacarıb və yerini dəyişməklə şok halında olmasına baxmayaraq, yayımı davam etdirib. Studiyaya qayıdan Layla baş verənləri alçaldıcı və təhqiredici adlandırıb.

Hadisənin videosu tez bir zamanda internetdə yayılıb. Nümayişçilərin davranışı bir çoxlarını, o cümlədən ölkənin tanınmış siyasətçi və ictimai xadimlərini hiddətləndirib. Ancaq qeyd etmək lazımdır ki, kadrlarda da aydın görünür ki, Laylanın ətrafında olan yürüşün bəzi iştirakçıları onu qorumağa çalışmışdılar.

Layla isə sosial şəbəkədə hadisəyə nöqtə qoyub: “Mətbuat azadlığı müqəddəsdir. Etirazçılar və siyasi fikirləri müdafiə edənlər bizim fəal olmadığımızı başa düşməlidirlər. Biz şahidik və baş verənləri tamaşaçılara çatdırmağa çalışırıq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*