Laçın-Xankəndi yolundan RSK-nın daha 17 maşını keçdibackend

Laçın-Xankəndi yolundan RSK-nın daha 17 maşını keçdi

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

KONKRET.az xəbər verir ki, son bir saat ərzində Xankəndidən Laçına, Laçından Xankəndi istiqamətinə 5 minik və 12 yük avtomobili keçib.

 

 

Bu gün ərzində RSK-nə və Beynəlxalq Qızıl Xaç Komitəsinə aid ümumilikdə 63 avtomobil aksiya keçirilən ərazidən keçib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*