“Laçın yolunun “açılması” üçün Azərbaycanın daha 3 tələbi var” – “Hraparak”backend

"Laçın yolunun "açılması" üçün Azərbaycanın daha 3 tələbi var" - “Hraparak”

“Laçın yolunun “açılması” üçün Azərbaycanın daha 3 tələbi var”.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

“Laçın yolunun açılması müqabilində Azərbaycan başqa güzəştlər tələb etməkdə davam edir.

Azərbaycanlıların tələbləri bunlar idi – Ruben Vardanyanın “işdən azad edilməsi”, Qarabağ keçid məntəqəsində rentgen aparatının quraşdırılması, Kaşen mədəninə nəzarətə icazə, ağır hərbi texnikanın Qarabağdan çıxarılması. Mənbələrimiz bildirir ki, rentgen aparatı məsələsi Azərbaycan tərəfi üçün önəmlidir.

Danışıqlar zamanı Azərbaycan tərəfi Ermənistandan heç bir təhlükəli baqajın, yəni silahın gətirilməyəcəyinə dair şübhələri aradan qaldırmaq üçün əvvəlcə yalnız yük maşınlarının yoxlanılması məsələsini qaldırıb.

“Arsax” tərəfi də əks tələb irəli sürdü. Əgər Bakı bu ideyadan əl çəkməsə, o zaman cihaz quraşdırıb uzaqdan maşınları izləyə bilər. Yəni keçid məntəqəsinə yalnız Rusiya sülhməramlıları nəzarət etməlidir, orada azərbaycanlılar olmamalıdır.

Maraqlıdır ki, bir gün əvvəl Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Lavrov Laçın dəhlizində hər hansı nəzarət-buraxılış məntəqəsinin yaradılmasının nəzərdə tutulmadığını və dəhlizin iş rejiminin noyabrın 9-da üçtərəfli bəyanatın tələblərinə tam cavab verməli olduğunu bildirmişdi.

Dünən biz də yazmışdıq ki, Bakıdan olan nümayəndələrlə danışıqlarda “prezident” Arayik Arutyunyan, “Təhlükəsizlik Şurası” və ictimai təşkilatlardan birinin rəhbəri iştirak edib”, – deyə nəşr bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*