“Laçının itirilməsi İrəvanın məğlubiyyətində həlledici məqam olacaq” – Korotçenkobackend

“Laçının itirilməsi İrəvanın məğlubiyyətində həlledici məqam olacaq” - Korotçenko

“Dağlıq Qarabağa gələn Ermənistan Müdafiə naziri David Tonoyan Azərbaycan Silahlı Qüvvələrinin Laçın üzərində nəzarətinin qurulmasının qarşısını almaq üçün erməni qoşunları və könüllüləri tərəfindən aparılan hərbi əməliyyatlara rəhbərliyi öz üzərinə götürəcək”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko deyib.

O bildirib ki, Laçının itirilməsi rəsmi İrəvanın məğlubiyyətində həlledici məqam olacaq:

“Hazırda Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin İrəvandan Dağlıq Qarabağa səfərləri radio əlaqə olmadan, mobil telefonlar və rabitə söndürülmüş şəkildə həyata keçirilir. Bu, Azərbaycan tərəfinin radioelektron kəşfiyyat vasitəsilə onların Qarabağdakı yerini aşkarlamasına imkan verməməsi üçün edilir”

  • Yasin Mustafazadə
    Oktyabr 24, 2020 - 08:51

    Çox gözəl yazırsınız. Sizin oxucunuzam. Belə xəbərlər verin

    • Fadil Paşayev
      Oktyabr 24, 2020 - 09:11

      Təşəkkür edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*