Lavrov: “Rusiya həmişə elə danışıqlar aparır ki, sonradan UTANMASIN”backend

Lavrov: "Rusiya həmişə elə danışıqlar aparır ki, sonradan UTANMASIN"

“Rusiya həmişə danışıqları elə aparır ki, sonra utanmasın”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Belə ki, rusiyalı nazir Fransa tərəfinin Rusiya lideri Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında konfidensial danışıqları dərc etməsini şərh edib.

“Prinsipcə, biz elə danışıqlar aparırıq ki, heç vaxt utanmayaq. Biz həmişə düşündüklərimizi deyirik və bu sözlərə görə cavab verməyə və mövqeyimizi izah etməyə hazırıq”, – deyə Lavrov bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, diplomatik etika səs yazısının belə birtərəfli “sızmasını” nəzərdə tutmur.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransanı Putin və Makron arasında qapalı danışıqların məxfiliyini pozmaqda ittiham edib.

İyulun 1-də məlum olub ki, Fransanın “Frans 2” telekanalı Ukrayna böhranının həlli cəhdlərindən bəhs edən film nümayiş etdirib. Filmin epizodlarından birində Putinin Makronla telefon danışıqlarının səs yazısı dərc edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*