Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqlə bağlı iclasında çıxışı plakatlarla yerlərindən qalxaraq “İsrail xalqı sağdır” və “girovları azad edin” qışqırmağa başlayan iki fəal tərəfindən kəsilib.
KONKRET.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Bildirilib ki, Lavrov çıxışını dayandırıb və fəallara “Başa düşmürəm, mənə daha aydın deyin” cavabını verib. Təhlükəsizlik əməkdaşları qadınları iclas otağından çıxarıblar.
Burhan,
KONKRET.az
