Lavrovdan Azərbaycanın Fərrux kəndi ilə bağlı AÇIQLAMA – VİDEObackend

Lavrovdan Azərbaycanın Fərrux kəndi ilə bağlı AÇIQLAMA - VİDEO

Lavrov Fərrux kəndi ilə bağlı danışıb.

KONKRET.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Nazir Azərbaycanın Qarabağ bölgəsinin Fərrux kəndi ilə bağlı jurnalistin təxribat xarakterli sualına qəribə cavab verib.

Sergey Lavrov deyib: “Artıq başlayan delimitasiya üzrə əsaslı işlərin bir hissəsi kimi bu məsələlərə mütləq baxılacaq və həll olunacaq”.

Onun qeyri-müəyyən cavabına görə, ya Sergey Lavrov Fərruxu dövlət sərhədi ilə səhv salır, ya da rəsmi Moskva açıq şəkildə bəyan edir ki, Rusiya Azərbaycanın Qarabağ bölgəsində də Azərbaycanla Ermənistanın dövlət sərhədinin delimitasiyasını görür.

Lavrovun bu “açıqlaması”nın incələnməyə ehtiyacı var.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*