Rusiya XİN rəhbəri Sergey Lavrov Şərq İqtisadi Forumu (VEEF) çərçivəsində “Znaniye” cəmiyyətinin mühazirəsində çıxışı zamanı Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni “fürer” adlandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə rus mətbuatı yazıb.
Lavrov qeyd edib ki, Ursula fon der Lyayen Aİ-nin ümumi qərarları ilə Brüsselə verilməyən və milli hökumətlərin səlahiyyətində qalan hüquqları Avropa Komissiyasında cəmləşdirməyə çalışır: “Biz onu fürer Ursula adlandırırıq…”.
Rusiya naziri xatırladıb ki, bir neçə il əvvəl fon der Lyayen “Şimal axınları”nın partladılmasından sonra Avropa seçicilərinin enerji qiymətlərinin artması səbəbindən əziyyət çəkəcəyini, lakin “ukraynalıların Avropa dəyərlərini müdafiə etməsi üçün əziyyət çəkməyə borclu olduğunu” bildirmişdi.
Lavrov Avropa dəyərləri adı altında rus dilinin təhsil, mədəniyyət, məişət və kütləvi informasiya vasitələrində qadağan olunmasını tənqid edərək, bunu Avropanın nasizmə qayıtması kimi qiymətləndirib.
Natiq Səlim,
KONKRET.az
