Lavrovdan Qarabağ münaqişəsinin həlli ilə bağlı AÇIQLAMA: “Bu, bir günün işi deyil”backend

Lavrovdan Qarabağ münaqişəsinin həlli ilə bağlı AÇIQLAMA: "Bu, bir günün işi deyil”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sülhməramlı kontingentin gərginliyi azaltmaq və etimad yaratmaq üçün Qarabağda fəaliyyət göstərdiyini bildirib.

KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Lavrov keçən ilin noyabrında atəşkəsin əldə edilməsində Moskvanın həlledici rolu olduğunu qeyd edib.

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi 9 Noyabr və 11 Yanvar razılaşmaları var. Bu iş bir gün üçün nəzərdə tutulmayıb. Burada üç ölkənin liderləri şəxsən iştirak edir. Rus sərhədçiləri erməni müttəfiqlərinə qonşu  Azərbaycanla problemləri həll etməkdə yardım göstərirlər”- Lavrov vurğulayıb.

İrəvanla Moskva arasındakı münasibətlərə gəlincə, Lavrovun bildirib ki,  ikitərəfli iqtisadi əməkdaşlıq uğurla irəliləyir: “Ermənistan bizim müttəfiqimizdir. Dünən yeni xarici işlər naziri ilə (Ararat Mirzoyan – red.) yaxşı danışıqlarımız oldu. İkitərəfli səfərlər və böyük layihələrin həyata keçirilməsi istiqamətində addımlar atılır” – Lavrov qeyd edib.

Qeyd edək ki, atəşkəsə əməl olunmasına nəzarət adı altında hazırda Qarabağa Rusiya Federasiyasının 1960 hərbi qulluqçusu, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Lavrovun bu açıqlaması bir daha Rusiyanın ikiüzlü siyasətindən, Ermənistana olan xüsusi rəğbətindən və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmədiyindən xəbər verir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*