Lavrovun erməni sevgisi, yaxud ikili standartlar – “Öz gözündə tiri görməyən, başqasında çöp axtarır”backend

Lavrovun erməni sevgisi, yaxud ikili standartlar - “Öz gözündə tiri görməyən, başqasında çöp axtarır”

“Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında keçirilən görüşdə müzakirəyə çıxarılan məsələlərdən biri də Rusiyanın əsir götürdüyü Ukrayna vətəndaşlarının azad olunması idi.  Zelenskinin Baydenə təqdim etdiyi siyahıdə 450 Ukrayna vətəndaşının mövcud olduğu bildirilir. Onlar Rusiya ilə Ukrayna arasında baş vermiş münaqişə nəticəsində  əsir götürülüblər. Deməli onlar hərbi əsirlər kateqoriyasına daxildir və Rusiya beynəlxalq hüquq normalarına uyğun olaraq bu əsirləri dərhal azad etməlidir. Amma azad etmir”.

Əlimusa İbrahimov: “Ermənistan parlamentinin “ Ali Təhsil və Elm haqqında “  qanuna dəyişikliyi”

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Əlimusa İbrahimov bildirib ki,  əvəzində Rusiya Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı ilə gərüşdə “biz Azərbaycanı 50-60 nəfər erməni vətəndaşını azad etməyə çağırırıq” kimi fikir səsləndirir: “Lavrovun qeyd etdiyi bu “Erməni vətəndaşları” müharibə bitdikdən sonra Azərbaycan ərazisində terror hərəkətləri törətməkdə günahkar bilinərək ordumuz tərəfindən saxlanılıb və hüquq mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Özü qonşu vətəndaşlarını əsir götürüb saxlayan bir ölkənin başqa dövlətlər arasındakı münaqişədə əsir düşənlərin qaytarılması üçün vasitəçilik etməsinin heç bir məntiqi əsası yoxdur. Lavrov Ukrayna vətəndaşlarını azad etdikdən sonra ermənistan terrorçularının taleyi üçün narahat qalsaydı, o zaman daha məntiqli olardı. Burada deyirlər: “Öz gözündə tiri görməyən….”

şviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*