Lənkəranda naməlum şəxslər tərəfindən döyülən məktəblinin son durumu – YENİLƏNİBbackend

Lənkəranda naməlum şəxslər tərəfindən döyülən məktəblinin son durumu - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Lənkəran rayonunda məktəblinin döyülməsi ilə bağlı açıqlama verib.

KONKRET.a -ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, 2005-ci il təvəllüdlü İ.Q. ötən gün saat 22:57 radələrində ağır kəllə-beyin travması, təpə sümüyünün sınığı, alın və üz nahiyəsinin sivrilmiş yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib:

“Xəstəyə zəruri ilkin tibbi yardım göstərilib. Daha sonra pasiyent ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. İ.Q tibb müəssisəsində əməliyyat edilib, hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir”.

10:56

Lənkəran rayonunda məktəbli naməlum şəxslər tərəfindən döyülüb.

KONKRET.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

Belə ki, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu naməlum şəxslərin hücumuna məruz qalıb.

O, Lənkəran Mərkəzi Xəstaxanasınin reanimasiya şöbəsinə yerləşdirilib.

Şagirdin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*