Lənkəranda yol qəzasında bir nəfərin ölümündə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşdıbackend

Lənkəranda yol qəzasında bir nəfərin ölümündə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşdı

Lənkəranda yol qəzası zamanı bir nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Cavid Salahlının cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

KONKRET.az xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Bədəl Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin martında Lənkəran-Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hundai” markalı avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində Göyçay rayonu sakini, 2002-ci il təvəllüdlü Elmir Qurbanov və onun həmyerlisi, 2004-cü il təvəllüdlü Cavid Salahlı ağır bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən E.Qurbanov yolda keçinib, C.Salahlı isə reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, Göyçay sakinləri Lənkərana toy mərasimində iştirak etmək üçün gəliblər. Hadisənin baş verməsinə səbəb kimi çiskinli hava şəraitində düzgün sürətin düzgün seçilmədiyi göstərilir.

C.Salahlıya qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*