Talış Dağlıq zonasında zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli saatla 07:43 radələrində baş verib. Zəlzələnin Lerikdə 5 bal gücündə olduğu qeyd edilib. Yeraltı təkan 18 km dərinlikdə yerləşib.
07:54
Lənkəranda zəlzələ olub.
Yerli saatla 07:44 radələrində Lənkəranda zəlzələ baş verib.
Zəlzələnin gücü təqribən 4 bal arasında hiss olunub.
