Lerikdə silah-sursat saxlayan şəxs saxlanıldıbackend

Lerikdə silah-sursat saxlayan şəxs saxlanıldı

Lerik rayon sakini əvvəllər məhkum olunmuş 35 yaşlı Emil Qafarovun qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Onun kənd ərazisindəki iri beton borunun içərisində gizlətdiyi 1 ədəd “AKSU-74” markalı avtomat silahı, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə E.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*