Levi’s Rusiya bazarı ilə vidalaşırbackend

Levi's Rusiya bazarı ilə vidalaşır

“Levi Strauss & Co” 29 illik fəaliyyətindən sonra Rusiya bazarını tərk edir. 

KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant” öz mənbələrinə istinadən xəbər verir.

Hazırda Rusiyaya malların çatdırılması dayandırılıb, qalanları digər ticarət platformaları vasitəsilə satılacaq.

Nəşrin məlumatına görə, şirkət Rusiya mağazalarının bir qismini satmağı planlaşdırır: Rusiyada “Gap”, “Marks & Spencer” və “Banana Republic” mağazalarını inkişaf etdirən Türkiyənin “Fiba Holding A.S” şirkəti alıcı ola bilər. Eyni zamanda françayzinqli mağazalar sövdələşməyə daxil edilməyəcək.

Mart ayında Rusiya hərbi qüvvələrinin Ukraynadakı xüsusi əməliyyatı fonunda brend Rusiyadakı fəaliyyətini və Rusiya mağazalarında investisiyaları dayandırdığını elan edib. Daha sonra “Levi Strauss & Co” şirkətinin baş icraçı direktoru Çip Berq jurnalistlərə bildirib ki, şirkət bu il Rusiyada fəaliyyətini bərpa etməyi planlaşdırmır.

Bundan başqa, Zara da daxil olmaqla, ölkədə əvvəllər fəaliyyətini dayandıran bəzi brendlərin Rusiya mağazaları satılacaq və ya yeni adlarla fəaliyyətlərini bərpa edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*