Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan 2 ay müddətinə həbs edilib.
KONKRET.az xəbər verir ki, bu barədə vəkil Aleksandr Qoçubayev öz Facebook səhifəsində məlumat paylaşıb.
“Levon Köçəryanın həbs müddətinin uzadılması ilə bağlı vəsatət təmin edilib. Levon Köçəryan 2 ay müddətinə həbs edilib”, – vəkil yazıb.
Xatırladaq ki, Levon Köçəryan dörd polisi birdən döyməkdə ittiham olunur. Sentyabrın 22-də keçirilən aksiyada iştirak edən Levon Köçəryan nəzarətə götürülüb.
Ariz Həsənoğlu,
KONKRET.az
