Lex Kaçinskinin qardaşı istefa verdibackend

Lex Kaçinskinin qardaşı istefa verdi

Polşanın Baş nazirinin müavini və Milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitənin sədri Yaroslav Kaçinski vəzifəsindən istefa verib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Kaçinski özü açıqlayıb.

“Mən artıq hökumətdə deyiləm. Baş nazir Mateuş Moraveçkiy və bildiyim qədərilə Prezident Andjey Duda mənim istefamı qəbul ediblər”, – deyə Kaçinski qeyd edib.

Siyasətçinin sözlərinə görə, onu Baş nazirin müavini və Milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitənin sədri vəzifəsində ölkənin hazırkı müdafiə naziri Mariuş Blaşak əvəz edəcək.

Qeyd edək ki, Y. Kaçinski 1949-cu ildə Varşavada dünyaya gəlib. O, 2010-cu ildə Smolensk üzərində təyyarə qəzasında həlak olan Polşa Prezidenti Lex Kaçinskinin qardaşıdır.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*