“Ləyaqəti çatırsa…” – Keçmiş işçisi İlon Maskı məhkəmədə rüsvay etdibackend

“Ləyaqəti çatırsa…” – Keçmiş işçisi İlon Maskı məhkəmədə rüsvay etdi

“Tesla”nın keçmiş mühəndisi Kristina Balan tanınmış biznesmen İlon Maskın ondan rəsmi şəkildə üzr istəməsini tələb edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Kristina Balan “Tesla”dakı işindən qeyri-qanuni şəkildə çıxarıldığını məhkəmədə sübut edib.

“Mən yalnız adımın təmizlənməsini istəyirdim. Çox istərdim ki, İlon Maskın üzr istəmək üçün ləyaqəti çatsın”, – deyə o, milyarderə müraciət ünvanlayıb.

Qeyd edək ki, Kristina Balan 2014-cü ilədək ABŞ-da elektromobillərin istehsalı üzrə şirkətin parlayan ulduzu olub. Mühəndislik təcrübəsinə hörmət olaraq, onun ad və soyadının baş hərfləri bütün əvvəlki “Tesla Model S” mühərriklərinin üzərinə həkk olunub. Lakin o, “Tesla” avtomobillərinin əyləc təhlükəsizliyi ilə bağlı narahatlığını dilə gətirdikdən sonra işini itirib.

“Tesla” onun işdən uzaqlaşdırılmasını kimsənin inanmadığı uzun-uzadı açıqlaması ilə izah etməyə çalışıb. Bildirilib ki, bu qərar Balanın şirkətin resurslarını şəxsi layihələri üçün istifadə etdiyinə görə verilib. Bunun ABŞ-da mənimsəmə cinayəti kimi təfsir olunduğunu xatırladan şirkətin həmin iddiası isə K.Balan tərəfindən qətiyyətlə rədd edilib.

Hazırda döş xərçənginin 3B mərhələsinin remissiya dövründə olan eks-mühəndis məhkəmənin son gününü görə bilməyəcəyindən narahatdır. Onun sözlərinə görə, ölməzdən öncə təkbaşına böyütdüyü oğluna günahsız olduğunu sübut etmək istəiyir.

“Mən oğlumun qəhrəmanıyam”, – qadın deyib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*