Leyla Əliyeva: “2020-ci il möcüzələr ili olacaq”backend

Leyla Əliyeva: "2020-ci il möcüzələr ili olacaq"

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Leyla Əliyeva “Instagram”da paylaşım edib:

“Əziz dostlar, sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edirəm!

Sizə xoşbəxtlik, cansağlığı, işlərinizdə uğurlar və bol-bol sevgi diləyirəm! Arzu edirəm ki, biz birlikdə çoxlu xeyirxah işlər görək, qəlbimizin səsini dinləyək və bir-birimizə ən gözəl diləklərimizi ünvanlayaq.

Allah sizi qorusun və dünyada əminamanlıq hökm sürsün!

Hər birinizə təşəkkür edirəm! 2020-ci il möcüzələr ili olacaq!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*