Qazaxıstanın Aktau şəhərində silahlı qarşıdurma baş verib.
KONKRET.az xəbər verir ki, gecə saatlarında “Leyla” kafesində müştərilər atəş açmağa başlayıb.
Hadisə şahidlərinin sözlərinə görə, bir qrup gənc hesabı ödəmədən kafeni tərk etmək istəyib. Kafe işçiləri bunun qarşısını almağa çalışıblar. Daha sonra müştərilərdən biri tapançanı çıxararaq havaya atəş açıb və dava düşüb.
Hadisə zamanı xəsarət alan olmayıb. Hadisə yerinə bir neçə patrul polisi gəlib. Araşdırma davam edir.
Natiq Səlim,
KONKRET.az