Leysan yağışlar 36 nəfərin həyatına SON QOYDUbackend

Leysan yağışlar 36 nəfərin həyatına SON QOYDU

Braziliyanın San-Paulu ştatına yağan güclü yağışlar nəticəsində 36 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə “G1” portalı ştat hökumətinə istinadən məlumat yayıb.

Bildirilib ki, ən çox zərər çəkmiş San-Sebastian və Bertioqa şəhərləridir.

Təbii fəlakət çoxsaylı daşqın və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, onlarla insan dağıntılar altında qalıb. Təbii fəlakətdən əziyyət çəkən 5 bölgədə fövqəladə vəziyyət elan edilib.

Qeyd olunub ki, bir çox ərazilərdə su və elektrik enerjisi kəsilib, mobil rabitə işləmir. Hadisə ilə əlaqədar yerli hakimiyyət karnavalın qeyd olunması ilə bağlı bütün əyləncə tədbirlərini ləğv edib.

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva bazar ertəsi zərər çəkmiş rayonlara səfər etmək üçün məzuniyyətinə ara verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*