“LİVERPUL” İspaniya millisinin üzvünə 4 illik müqavilə təklif etdibackend

"LİVERPUL" İspaniya millisinin üzvünə 4 illik müqavilə təklif etdi

İngiltərə çempionu olan “Liverpul” Almaniyanın “Bavariya” klubunun futbolçusu Tyaqo Alkantara ilə fəal danışıqlar aparır. 

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 29 yaşlı ispan yarımmüdafiəçiyə 4 illik müqavilə təklif edib.

“Bavariya” İspaniya millisinin üzvü üçün “Liverpul”dan 35 milyon avro istəyir. Oyunçunun bir mövsüm ərzindəki maaşı isə 8 milyon avrodur.

Qeyd edək ki, Tyaqo Alkantara 2019/2020 mövsümündə “Bavariya”nın heyətində 35 oyunda meydanda olub, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniyalı futbolçunun Münhen təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*