“Liverpul”un il yarımlıq qələbə seriyası qırıldıbackend

"Liverpul"un il yarımlıq qələbə seriyası qırıldı

“Liverpul”un “Enfild Roud”da il yarımlıq qələbə seriyasına son qoyulub.

KONKRET.az– ın məlumatına görə, “qırmızılar”ın seriyası Premyer Liqanın XXXV turunda “Bernli” ilə matçda qırılıb.

Rəqibi ilə 1:1 hesablı heç-heçə edən “mersisaydlılar” 2019-cu ilin yanvarından bəri ilk dəfə çempionatda öz meydanında büdrəyib. Yurgen Kloppun komandası sonuncu dəfə həmin vaxt “Lester”lə ev matçında bərabərə qalmışdı. “Enfild Roud”dakı qalibiyyət seriyası 24 oyun çəkib.

Qeyd edək ki, 35 matçda 93 xal toplayan “Liverpul” çempionluğu rəsmiləşdirib.

Apasport.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*