Yeni çəkilən su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində su təchizatında müvəqqəti fasilə yaranacaq.
KONKRET.az xəbər verir ki, 2 iyun gecə saatlarından etibarən 4 iyun günorta saatlarınadək qəsəbəyə içməli suyun verilməsi dayandırılacaq.
Qurum yaranacaq narahatlığa görə abonentlərdən üzr istəyərək, göstərdikləri anlayışa görə minnətdarlığını bildirib.
