Lotereyada 2 milyard dollar UDDUbackend

Lotereyada 2 milyard dollar UDDU

ABŞ-ın Kaliforniya ştatının sakini Edvin Kastro “Powerball” lotereyasında 2,04 milyard dollarlıq rekord cekpot qazanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Lakin o, mükafatı 29 il ərzində tam şəkildə almaq əvəzinə, 997,6 milyon dolları birdəfəlik almağa üstünlük verib.

Kastro Kaliforniyada lotereya rəsmiləri tərəfindən təşkil edilən mətbuat konfransında çıxış etmək dəvətini də rədd edib.

O, udduğu pulun 156 milyon dollarını dövlət məktəblərinə verib.

Qeyd edək ki, Kaliforniya “Powerball” lotereya uduşlarına vergi tətbiq etməyən səkkiz ABŞ ştatından biridir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*