Lukaşenko Əliyev və Putini qara kürüyə qonaq etdiyini bildirib.
KONKRET.az xəbər verir ki, Lukaşenkonun bu sözlərini əks etdirən video Telegram kanalda yerləşdirilib.
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan lideri İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putini qara kürüyə qonaq etdiyi barədə danışıb.
O bildirib ki, nərə balıqları Minsk yaxınlığındakı hovuzlarda yetişdirilir və onlardan qara kürü alınır.
“Kiməsə kürü hədiyyə etsəm, onlardan alıram. Hamı təəccüblənir. Mən bunu İlham Əliyevə və ya Putinə qəsdən vermişəm”,- Lukaşenko deyib.
O, Putinə kürü yeməyi təklif edib, çünki Kremldə belə kürü yoxdur. Belarus rəhbərinin sözlərinə görə, onun rusiyalı həmkarı respublikanın belə məhsul istehsal edə biləcəyinə təəccüblənib.
Xuraman Etibarlı,
KONKRET.az
