Lukaşenko səlahiyyətlərini təhvil vermək üçün şərtini AÇIQLADIbackend

Lukaşenko səlahiyyətlərini təhvil vermək üçün şərtini AÇIQLADI

“Yeni konstitusiyanın qəbulundan sonra səlahiyyətlərimi təhvil verməyə hazıram”.

KONKRET.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Minsk Təkər Traktor Zavodunun (MZKT) işçiləri ilə görüşü zamanı deyib.

Lukaşenko, həmçinin qeyd edib ki, hazırda ölkə konstitusiyası layihəsi üzərində iş gedir. Dövlət başçısı iki variantı rədd etdiyini söyləyib.

“Bizə yeni bir konstitusiya lazımdır. Mənə iki variant təklif edildi. İndikindən az fərqləndiyi üçün rədd etdim. Üçüncüsü üzərində iş davam edir. Gəlin oturun və bir konstitusiya üzərində işləyin, referenduma təqdim olunsun. Və səlahiyyətlərimi konstitusiyaya uyğun olaraq təhvil verəcəyəm. Amma təzyiq altında və ya küçə etirazları ilə yox”,- deyə Lukaşenko bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*