Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildən ölkə üzrə minimum əməkhaqqının və minimum pensiyanın artırılması təmin ediləcəkdir.
KONKRET.az APA-ya istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə keçirilən kollegiya iclasında bildirib.
Sosial islahatların davamı olaraq əmək, pensiya, əlillik və digər sahələr üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib. Qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsinin hazırlandığı diqqətə çatdırılıb.
Hazırda 52 növ müavinət və təqaüdün proaktiv qaydada təyin olunduğu, sosial ödənişlərin proaktiv təyinatı mexanizminin əhatəliliyinin artırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib.
Nazirlik tərəfindən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesinin rəqəmsal həllərin tətbiqi ilə həyata keçirildiyi vurğulanıb.
Ötən dövrdə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin maliyyə alətlərinə uğurla investisiya edildiyi, əldə olunan gəlirlərin sosial müdafiə sisteminin gücləndirilməsinə xidmət etdiyi qeyd edilib.
İclasda Kollegiya tərəfindən elektrik, ticarət, mədənçıxarma sahələri üzrə daha 26 peşə və kvalifikasiya standartı təsdiqlənib.
Əmək, məşğulluq, sosial sığorta, pensiya, əlillik, sosial təminat, maliyyə və satınalmalar sahələrində görülmüş işlər və gələcək hədəflər müzakirə olunub.
Bəlkə 20_30dəfə qarşımıza bu xəbərlər çıxır.Amma maaş qalxmamış qiymətlər artırılır.Qiymətləri yay ayında qaldırıb maaşı gələn il qaldırmaq lap gülməlidir.
Niye insanlarin basini aldadirsuz axi menede belke 10 defe gelib silmisem cunki inandirici deyil
mənim fikrimcə maaş və pensiyaların artırılmasının gecikməsi, ölkəyə yeni silahlar almaq ilə, yəni ölkəmizin təhlükəsizliyi ilə əlaqədardır
Bu nedi tez tez gonderirsiz erzaqin qiymeti 40 faiz artir yanacaq 3 aydı qalxib mansurutlar qalxib her şey od tutub yanir qiymet artimi olanda geceynen qalxir maaş pensiya gelende aylarnan muzakire olunur bele edalet olar
Ali təhsilli hətta magistr təhsili alan gəncin aldığı məvacib onun gələcəy həyatını təmin etmir. 5000 əməyhaqqı verilsin. Çox şükür ki, buna imjanlar cavab verir. Cənclərə köməy olunsun. Onlar imkansızlıqdan ailə qura bilmir. Evlə təmin olunmasına ciddi qayğı göstərilsin.
Ali təhsilli hətta magistr təhsili alan gəncin aldığı məvacib onun gələcəy həyatını təmin etmir. 5000 əməghaqqı verilsin. Çox şükür ki, buna imkanlarımız cavab verir. Cənclərə köməy olunsun. Onlar imkansızlıqdan ailə qura bilmir. Evlə təmin olunmasına ciddi qayğı göstərilsin.