Macarıstanın baş prokuroru istefa veribbackend

Macarıstanın baş prokuroru istefa verib

Macarıstanda əvvəlki hakimiyyət dövründə təyin edilmiş baş prokuror Qabor Balint Nad istefa verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Index” məlumat yayıb.

Q.Nadın istefasının qəbul ediləcəyi təqdirdə onun səlahiyyətlərinə avqustun 25-də xitam veriləcək. O, bu vəzifədə bir ildən çox müddətdə çalışıb.

“Məhkəmə sisteminin, o cümlədən prokurorluğun nüfuzunun qorunması demokratik sistemin təməl daşlarından biridir. Prokurorluq siyasi mübarizə alətinə çevrilə bilməz. Bunu vurğulamaq üçün bu gün mən mandatımın avqustun 25-də başa çatması xahişi ilə istefa ərizəsi təqdim etdim”, – baş prokuror bildirib.

Baş nazir Peter Madyar Nadın istefa ərizəsini şərh edərək, ölkənin “daha bir Orbandan xilas olduğunu” bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*