Macarıstanın xilasetmə qrupunun rəhbəri göz yaşlarını SAXLAYA BİLMƏDİ – VİDEObackend

Macarıstanın xilasetmə qrupunun rəhbəri göz yaşlarını SAXLAYA BİLMƏDİ - VİDEO

Türkiyədə Macarıstanın axtarış-xilasetmə qrupunun rəhbəri göz yaşlarını saxlaya bilməyib.

KONKRET.az xəbər verir ki, bu görüntülər sosial mediada sürətlə yayılıb və hər kəsi təsirləndirib.

Macarıstanın axtarış-xilasetmə qrupu dağıntılar altından insanların cansız bədənlərini çıxarıblar. Onlar qarşılaşdıqları faciəli mənzərədən şoka düşüblər.

“Burada xilas olunmağı gözləyən 6 nəfər var. İki nəfər sağ-salamat çıxarılıb.

Dağıntılar altından xilas etdiyimiz 1,5 yaşlı qızın sağ olması bizi sevindirir. Mən 50-dən çox fəlakət görmüşəm, bu cür fəlakətlə ilk dəfədir qarşılaşıram. Adətən emosional deyiləm, amma burada mümkün deyil”, – deyə Macarıstanın axtarış-xilasetmə qrupunun rəhbəri deyib.

Həmin kadrları təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*