Makron: Hörmüz boğazında açılan atəşin hədəfi Fransa olmayıbbackend

Makron: Hörmüz boğazında açılan atəşin hədəfi Fransa olmayıb

Hörmüz boğazında ticarət gəmilərinə endirilən son zərbələrin konkret hədəfi Fransa donanması olmayıb.

KONKRET.az “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Polşanın Baş naziri Donald Tuskla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, boğazdan keçən gəmilərə, o cümlədən Fransanın “CMA CGM” şirkətinin konteyner gəmisinə açılan atəş Fransaya qarşı yönəlməyib. Şirkətin məlumatına görə, atəş xəbərdarlıq xarakteri daşıyıb və gəminin heyəti xəsarət almayıb.

Makron həmçinin bildirib ki, regiondakı son hadisələr gərginliyin dərhal azaldılmasının və diplomatik dialoqa qayıtmağın zəruriliyini göstərir.\\”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*