Makron parlamentdəki çoxluğu itirdibackend

Makron parlamentdəki çoxluğu itirdi

Fransada parlament seçkilərinin ikinci turunun ilkin nəticələri məlum olub

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, “Ipsos-Sopra Steria” tanınmış mnedia qurumlarının sifarişi əsasında exit-poll keçirib.

Sorğunun nəticələrinə görə, prezident Emmanuel Makronun partiyası 224 yer qazansa da, mütləq çoxluğu əldə edə bilməyib.

Fransa parlamentində səs çoxluğu əldə etmək üçün 289 deputatın olması lazımdır. Seçkilərin ikinci mərhələsində solçular parlamentdə ikinci siyasi qüvvəyə və əsas müxalifəçiyə çevrilib. İfrat sağçı Milli Cəbhə partiyası da rekord həddə yerə sahib olub – 89 deputat, mühafizəkar respublikaçıların isə 78 deputat təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*