Makron yenidən prezidentliyə qayıda bilər – AÇIQLAMAbackend

Makron yenidən prezidentliyə qayıda bilər – AÇIQLAMA

Fransa Prezidenti Emmanuel Makron 2027-ci ilin mayında prezidentlik müddəti başa çatdıqdan sonra gələcəkdə yenidən bu vəzifəyə qayıtma ehtimalını istisna etməyib.

KONKRET.az xəbər verir ki, Makron ABŞ-ın Variety jurnalına müsahibəsində Fransanın Konstitusiyasına əsasən prezidentin ardıcıl iki müddətdən artıq seçilə bilmədiyini xatırladıb.

“Gəlin aydınlıq gətirək: Konstitusiyamıza əsasən, vətəndaşın iki ardıcıl müddət prezident olmaq hüququ var. Mənim səlahiyyət müddətim gələn ilin mayında başa çatacaq və Fransa xalqı başqa bir şəxsi seçəcək. Amma mən heç nəyi istisna etmirəm. Geri qayıtmaq olduqca qeyri-adi haldır, amma baxarıq”, – deyə Makron bildirib.

Qeyd edək ki, Makron 2017-ci ildə ilk dəfə Fransa prezidenti seçilib, 2022-ci ildə isə ikinci müddətə yenidən seçilib.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*