Manukyan: “Paşinyanın aprelin 24-də çıxışını səbirsizliklə gözləyirəm”backend

Manukyan: “Paşinyanın aprelin 24-də çıxışını səbirsizliklə gözləyirəm”

“Hər il aprelin 24-də biz ABŞ prezidentlərinin çıxışını gözləyirdik və onlar hər dəfə “qırğın” ifadəsini işlətdikdə bunu inkarın təzahürü hesab edirdik”.

KONKRET.az xəbər verir ki, bu fikri erməni ekspert Suren Manukyan deyib.

“Bu dəfə Paşinyanın aprelin 24-də çıxışını ciddi narahatlıqla gözləyirəm. Eyni zamanda, mən əminəm ki, ABŞ prezidenti üç ildir işlədiyi kimi düzgün termindən istifadə edəcək”.

O hesab edir ki, əgər Ermənistan hakimiyyəti “qırğın” ifadəsini işlədirsə, bu, Ermənistanın soyqırımı inkar edən dövlətə çevriləcəyi deməkdir. “Soyqırım” qanuni ifadəsini heç bir nəticəsi olmayan “qırğın” ifadəsi ilə əvəz edəndə bu, təhlükədir”, – Manukyan əlavə edib. O, tarixi unutmağı qəbuledilməz adlandırıb.

“Erməni olaraq varlığımızı kimliyimiz müəyyən edir. Üç milyon ermənini Ermənistanda saxlayan budur, ona görə yox ki, bura həyat baxımından dünyanın ən yaxşı yeridir. Burada insanlar həyatın çətinliklərlə dolu olduğunu başa düşürlər. Əgər biz tarixə və zəngin irsə malik Ermənistanda deyil, müəyyən ərazidə bu bölgənin adi sakinlərinə çevrilsək, ondan sonra burada yaşamaq motivi yox ola bilər”, – ekspert bildirib.

O qeyd edib ki, hakimiyyət “qurbanların” siyahısını tərtib etmək istəyirsə, o zaman ilk növbədə bunun nə üçün edildiyini başa düşməlidir.

“Hakimiyyət soyqırımın nə olduğunu bilmir. Soyqırım konkret sayından asılı olmayaraq konkret qrupun irqi, dini və ya digər mənsubiyyətinə görə məhv edilməsidir. Mən bunu Türkiyənin ilkin şərti ilə əlaqələndirərdim. Bu, uzun müddətdir mübarizə apardığımız Türkiyənin inkar tezislərindən biridir.

Soyqırımın qurbanı olan 1,5 milyon erməninin rəqəminə gəlincə, bütün dünya ekspert icması yekdil fikirdədir. Eyni zamanda, xüsusən də cinayəti gizlətmək üçün bu cür statistikanın aparılmadığı və bütün sənədlərinin məhv edildiyi bir ölkədə (Osmanlı imperiyası) bütün bu şəxslərin adlarını öyrənmək demək olar ki, mümkün deyil.

Bu təşəbbüs ictimaiyyəti heç vaxt bitə bilməyəcək bir proseslə məşğul etmək, ona resurslar sərf etməkdən ibarətdir. Bunun fonunda türklər deyəcəklər ki, ermənilər prosesi başa çatdıranda danışarıq.

Belə təəssürat yaranır ki, Ermənistan hakimiyyəti bizim erməni soyqırımından imtina etməyimizi təmin etməyə çalışır. Sanki bir mərkəzdən idarə olunur. Atılan mövzular ardıcıllıqla vurğulanır və bu iş üsulu Ermənistan hakimiyyətinə xas deyil”, – Manukyan vurğulayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*