Maradonanın oğlu ispan klubuna rəhbərlik edəcəkbackend

Maradonanın oğlu ispan klubuna rəhbərlik edəcək

Dieqo Armando Maradonanın oğlu Sinaqra İspaniya 5-ci Liqa klubunun baş məşqçisi təyin edilib.

KONKRET.az xəbər verir ki, kiçik Dieqo Maradona “İbarra” ilə anlaşıb.

Maradona mövsümün sonuna qədər İspaniya klubunu çalışdıracaq.

38 yaşlı məşqçi daha əvvəl “Napoli Yunayted”, “Pompey” və “Montekalçio”da işləyib.

Futbolçu kimi isə kiçik Maradona “Servia 1920”, “Puteolana”, “Savoia” kimi aşağı liqa klublarında, həmçinin İtaliyanın U-17 yığması və çimərlik futbolu üzrə İtaliya A millisində oynayıb.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*