Mariupolda dəhşət: 27 gündə 5 min sakin ölübbackend

Mariupolda dəhşət: 27 gündə 5 min sakin ölüb

Rusiyanın Mariupolu mühasirədə saxladığı 27 gün ərzində 5 minə yaxın insan həlak olub. Onlardan 210 nəfəri uşaqlardır.

KONKRET.az xəbər verir ki, bu barədə Mariupolun meri Vadim Boyçenko bildirib.

Merin sözlərinə görə, Rusiya ordusunun atəşləri və bombardmanları nəticəsində 2340 çoxmənzilli yaşayış binası zədələnib, onların 1040-ı dağılıb.

Bundan başqa, 3 xəstəxana yararsız hala düşüb. Həmçinin 23 məktəb və 28 uşaq bağçası tamamilə dağılıb. Özəl sektora, digər infrastruktur obyektlərinə də ciddi ziyan dəyib.

V.Boyçenko xatırladıb ki, blokadaya qədər Mariupoldan 140 min nəfər çıxıb, sonradan 150 min sakin təxliyə olunub. Hazırda 170 min nəfər Rusiyanın mühasirəsindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*