Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova özünün Telegram kanalında Gürcüstanda keçirilən seçkilərdən danışıb.
KONKRET.az xəbər verir ki, Zaxarova Gürcüstan prezidenti Salome Zurabişvilinin bəyanatını şərh edib. Zurabaşvili bəyanatında bildirib ki, bu seçkiləri tanımır: “Bu, Gürcüstanın Rusiyaya tabe olması deməkdir. Biz də bunu qəbul etmirik”.
Zaxarova isə Gürcüstan prezidentinə cavabında əvvəlcə susmaq istədiyini deyib: “Amma bu dəfə Rusiyanın adl hallandlğı üçün cavabların verəcəm. Vaşinqton Avropanın gələcəyini Avropa İttifaqından aldı, onu stabil resurs təchizatından məhrum etdi, iqtisadiyyatı çökdürdü. Amerikanın Yaxın Şərq və Şimali Afrikadakı sərgüzəştləri səbəbindən milyonlarla insan Avropaya qeyri-qanuni miqrasiya etdi. Ona görə də Aİ-ni Avropanın gələcəyi adlandırmaq sadəcə axmaqlıqdır. Gələcəkdən məhrum olmaq müstəqilliyi, milli maraqları itirməkdir. Yeri gəlmişkən, Zurabişviliyə sualım var. Gürcüstanın gələcəyi doğurdanmı Avropadan asılıdır?”
Vəli Həsənoğlu,
KONKRET.az