Marqarita Simonyanın əri Qazaxıstanı hədələyib.
KONKRET.az xəbər verir ki, erməni əsilli rus təbliğatçıları Marqarita Simonyan və əri Tiqran Keosoyan son günlər “sərt” açıqlamalar verir. Türk düşməni olduqlarını gizlətməyən bu erməni-rus təbliğatçıları indi də qonşu ölkələri “təhdid” etməklə məşğuldur.
“Kazaxlar, siz nə düşünürsünüz? Ukraynaya baxın. Müharibə gedir, iki böyük ideyanın, iki böyük ölkənin müharibəsi və ikinci ölkə Ukrayna deyil, Amerika və NATO-dur. Qalanları, xüsusən də qardaş ölkələr qərar verməlidir və tərəf tutmalıdır. Diqqətlə kimin yanında olduğunuza baxın. Bizə qərarsız, birmənalı olaraq dost olmayan ölkələr lazım deyil. Yaxşı fikirləşin, hələ gec deyil. Daha dost oyunu qurtardı”, – deyə Keosayan hədə dolu çıxışını bitirib.
Xuraman Etibarlı,
KONKRET.az
