Marukyandan SƏRSƏMLƏMƏ: “Qarabağ münaqişəsi həll olunmasa, sülh mümkün deyil” – VİDEObackend

Marukyandan SƏRSƏMLƏMƏ: "Qarabağ münaqişəsi həll olunmasa, sülh mümkün deyil" - VİDEO

“Qarabağ münaqişəsi həll olunmasa, biz sülhdən uzaq olacağıq”.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan Facebook səhifəsində yazıb.

O, Qarabağ və onun ətrafında yaranmış münaqişənin hələ “mövcud” olduğunu, onun həlli olmadan sülhün mümkün olmadığını bildirib.

“Azərbaycan hesab edir ki, onlar ABŞ-ın Minsk Qrupuna həmsədr təyin edib-etməməsinə qərar verə bilərlər…

Yaxud iddia edə bilərlər ki, “Dağlıq Qarabağ” yoxdur, Qarabağ münaqişəsi həll olunub. Bütün beynəlxalq ictimaiyyət fərqli fikir bildirir. Qarabağ münaqişəsinin həlli uzunmüddətli sülh üçün lazımdır.

Yəni, Qarabağ və onun ətrafında yaranmış münaqişə var və bu, həll edilmədən sülhdən uzaq olacağımız görünür.

Hərbi uğur kor edir, sonra uğursuzluğun əsasına çevrilir”, – deyə Marukyan sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*