Masallıda kişi hamilə həyat yoldaşını döydü – FOTObackend

Masallıda kişi hamilə həyat yoldaşını döydü - FOTO

Masallıda kişi hamilə həyat yoldaşı və onun qızına qarşı fiziki zorakılıq törədib. 

KONKRET.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, kişi 5 aylıq hamilə həyat yoldaşını və onun birinci nikahdan olan 13 yaşlı qızını dəfələrlə döyüb.

Qadın övladı ilə birlikdə Masallıdan Bakıya gələrək sığınacağa müraciət edib. Onlar həkim müayinəsindən keçirilib. 17 həftəlik hamilə olmağına baxmayaraq qadın bugünə qədər ilk dəfə müayinədən keçib. Onun yenidən qız anası olacağı məlum olub. 13 yaşlı qızın müayinəsi zamanı isə həkimlər onun onkoloji xəstəlikdən əziyyət çəkməsindən şübhələnib.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Kamalya Aqazade (@kamalya_aqazade_official)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*