Maşın nömrəsinin dəyişdirilməsi üçün rüsum artırılıb? – Rəsmibackend

Maşın nömrəsinin dəyişdirilməsi üçün rüsum artırılıb? - Rəsmi

Avtomobilin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə onun yenisi ilə dəyişdirilməsi üçün rüsumun artırılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. 

KONKRET.az xəbər verir ki, yayılmış məlumatlar bir sıra sürücülərdə çaşqınlıq yaradıb.

Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev isə iddialarla bağlı bunun yanlış məlumat olduğunu bildirib.

O qeyd edib ki, müvafiq qanuna əsasən, avtonəqliyyat vasitələri üçün mövcud dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə rüsum 30 manatdır.//oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*