Maşın yol kənarındakı obyektə çırpıldı: ölən varbackend

Maşın yol kənarındakı obyektə çırpıldı: ölən var

İsmayıllıda avtomobil yol kənarındakı obyektə çırpılıb.

KONKRET.az xəbər verir ki, bu gün gecə saat 01 radələrində İsmayıllı rayonunda VAZ-2107 markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Yasin Rəhimovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı obyektə çırpılıb.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, iki sərnişin – 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*