Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı 1 kiloqram 226,09 qram heroin və 739,914 qram metamfetamin aşkar edilərək götürülüb.
KONKRET.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, M.Məmmədov və sərnişinləri olan əvvəllər məhkum olunmuşlar Sabirabad rayon sakini A.Paşayev və Ağcabədi rayon sakini M.Qasımov saxlanılıblar.