Maska taxmayan poliklinika işçiləri cərimələndi – FOTObackend

Maska taxmayan poliklinika işçiləri cərimələndi - FOTO

Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçılar inzibati məsuliyyətə cəlb olunublar.

KONKRET.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində protokollar tərtib olunaraq cərimə olunublar.

Qeyd edək ki, poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçılarla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti faktı təsdiqləyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*