“Spartak” və “Çempion” filmlərindəki rollarla tanınan məşhur Hollivud aktyoru Kirk Duqlas 103 yaşında dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı onun oğlu, aktyor Maykl Duqlas “İnstagram”da yazıb.
O qeyd edib ki, atam kinonun qızıl əsrinin əfsanəsi, uzun ömür sürən humanist olub, gələcək nəsillər üçün bir miras buraxıb.
“O, bizim hamımızın zirvəyə çatmağımız üçün bir pilləkən seçdi. Atam bütün dünya üçün bir əfsanə idi”, — Duqlasın oğlu əlavə edib.
“Ata, mən səni çox sevirəm və çox fəxr edirəm ki, mən sənin oğlunam”, — deyə Maykl Duqlas vurğulayıb.
Kirk Duqlas 80-dən çox filmə çəkilib: “Spartak” (1960), “Şöhrət yolları” (1957), “Həyat eşqi” (1956), Vikinqlər (1958), “Şər və gözəl” (1952).
O, həmçinin görkəmli karyerasına görə “Oskar” fəxri adına layiq görülüb.
Babək Göyüş
KONKRET.az