Kerç boğazında tankerin qəzaya uğraması və mazut sızması nəticəsində ölən delfinlərin sayı bir həftə ərzində iki dəfə artaraq 60-a çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Delfinlərin Xilasetmə Elmi-Ekoloji Mərkəzinin direktoru Tatyana Beley açıqlayıb.
Onun sözlərinə görə, hazırda delfin emissiyaları mövsümü deyil. Buna görə də bu qədər çox sayda ölü delfinin tapılması narahatlıq doğurur.
Bundan əvvəl Qara dənizdə 30-dan çox ölü delfinin aşkar edildiyi bildirilirdi.
Xatırladaq ki, ötən ilin dekabrın 15-də Kerç boğazında mazut tankerləri qəzaya uğrayıb və nəticədə neft məhsulları olan 4 çən zədələnib, dənizə 2,4 min tona yaxın mazut dağılıb.