Hindistanda məbəddə yerləşən böyük quyunun damının uçması nəticəsində xeyli sayda insan ora düşərək təhlükə üz-üzə qalıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Madhya-Pradeş ştatının İndor şəhərində Ram Navami festivalı zamanı baş verib.
Damın üstünə çıxan çoxlu sayda insanın ağırlığına tab gətirməyərək çökdüyü, nəticədə 25 nəfərdən çox insanın qədim quyuya düşdüyü bildirilib. İlkin versiyalara görə, əraziyə cəlb edilən xilasedicilər 17 nəfəri xilas edə biliblər. Yerdə qalanların xilasetmə işləri davam etdirilir.
Natiq Səlim,
KONKRET.az
