Medvedev HƏDƏLƏDİ: “Ukraynadan sonra Rusiya öz müttəfiqlərinə qarşı müharibəyə başlayacaq” – FOTOLARbackend

Medvedev HƏDƏLƏDİ: "Ukraynadan sonra Rusiya öz müttəfiqlərinə qarşı müharibəyə başlayacaq" - FOTOLAR

“Ukraynadan sonra Rusiya öz müttəfiqlərinə qarşı müharibəyə başlayacaq”.

KONKRET.az xəbər verir ki, Kremlin niyyətləri barədə mətni Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev “VKontakte” səhifəsində dərc edib.

Putinin dostu Dmitri Medvedev Rusiyanın müttəfiqlərini müharibə ilə hədələyib, sonra isə sakitcə yazını silib.

Medvedev deyib ki, guya Ukraynanı ələ keçirdikdən sonra Rusiya “Vətənin sərhədlərini bərpa etmək üçün növbəti kampaniyaya gedəcək, bildiyiniz kimi, bu sərhəd sonsuzdur”.
Bu kontekstdə Medvedev Gürcüstanın Rusiya İmperiyası dövründə indiki sərhədlər daxilində yaradıldığını bildirib. O Qazaxıstanı “süni dövlət” adlandırıb və ölkənin ilk ərazisində guya ruslar məskunlaşıb.

“İndi isə Qazaxıstan hakimiyyəti müxtəlif etnik qrupların respublika daxilində məskunlaşdırılması təşəbbüslərini həyata keçirməyə başlayıb. Bu da rusların soyqırımı kimi qiymətləndirilə bilər. Ruslar ora gələnə qədər heç bir nizam-intizam olmayacaq”, – deyə Medvedev bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*