Medvedev Makronu sərt tənqid etdi: “Ayıbdır, cənab Prezident!”backend

Medvedev Makronu sərt tənqid etdi: “Ayıbdır, cənab Prezident!”

Medvedev Makronu Rusiyanı Cənubi Qafqazda sabitliyi pozmaq üçün Ermənistan və Azərbaycan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham edən çıxışına görə sərt tənqid edib.

KONKRET.az xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu barədə fikirlərini özünün “VKontakte” hesabında yazıb.

“Avropa siyasətinin sevimli metodu günahı sağlam başın üzərinə yıxmaqdır. Fransa Prezidenti Emmanuel Makronun son bəyanatını izah etməyin başqa yolu yoxdur”, – Medvedev qeyd edib.

Makronun Rusiyanı Ermənistan-Azərbaycan sərhədində vəziyyəti qızışdırmaqla bağlı ittiham etməsinə cavab olaraq Medvedev qeyd edib ki, bu bəyanat daha çox yanlışdır:

“Son açıqlama açıq-aşkar erməni diasporasının rəğbətini qazanmağa hesablanıb. İyrənc müstəmləkə keçmişi, hazırda isə açıq-aşkar amerikapərəst mövqeyi üçün – (C’est une honte) ayıb olsun, cənab Prezident!”, – Medvedev hər iki dildə yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*